Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barəd Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.