Ru
16:53 / 12 Yanvar 2026

“Ətin qiyməti 30 manata qalxacaq” – EKSPERT

“Ətin qiyməti 30 manata qalxacaq” – EKSPERT
Eye

“Ətin qiyməti 30 manata qalxacaq. Hələ bu qiymət deyilsə, idxalla əlaqəlidir”.

Bakupost.az “Sherg.az”a istinadən xəbər verir ki, bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.

Mütəxəssis qeyd etdi ki, hazırda quzu ətinin kiloqramı 22-23 manat arasında dəyişir. Proqnoza görə, əgər idxala məhdudiyyət qoyulsa, xaricdən idxal olunmasa, quzu, iri və ya xırda buynuzlu heyvan ətinin qiyməti 30 manata çatacaq. Kiçik təsərrüfatlarda mal-qara saxlayanlar dabaq xəstəliyi səbəbindən ziyana düşdülər. Yerli istehsal ətə olan tələbatı qarşılamaq gücündə deyil. Heyvandarlığın inkişafı çox zəifdir. Ət ehtiyatının azalmasının bu dəqiqə idxal hesabına qarşısı alınır. Monqolustandan, digər ölkələrdən dana, qoyun əti idxal olunur. İdxalda azalma olsa, ətin qiyməti sürətlə qalxacaq.


Şərhlər
  • Rzayev.Zaur

    Eger..Bizim.Bazararda.Etin.Qiymstinde.Artim.olsa.Meselem.men.kende.yasayiram.heç.yerden.gelirim.yox.Yalniz.Teserfat.heyvadariq..Bax.işim.Budu.ayleli.Olaraq.Ayda.oz.mesulmuzdan.isdfade.eləyərək.menim.kende.satsim.17.50.quzu.eti.13.dana.eti.Gel Aylenin.ve)).teserfati.qşdan.yaya.Çxar..yeqin.ki.her..Eziyet.Çekenin.behresini..gőrun.Ama.behre.gőrműrűy...Tep.Teze.2026.rasxod.yenliyi.((Çox.saqolun.))Diqetnze.Gőre..kenden.ŞEHERE.SALAM.

  • Oğuzlu

    Deyirəm niyə yaşayırsız

  • Quliyeva Aysel

    Kimki bosu bosuna yalandan xestelik adinnan etin qiymetini qaldirib insanlari Allahin verdiyi ruzi mohtac edirler ele Allah bildiyi kimi elesin hamisini

  • Ədalət Sovetski

    Qonşu ölkələrdı ət ucuzdur.Məsələn Rusiyada dana əti 8man qoyun əti 9man 206km məsafə var.Monopoliya və yanacaq qiyməti əti əlçatmaz edir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar