Ev almaq üçün 2026-cı ili gözləyək? Mənzil bazarında köklü dəyişiklik - VİDEO
188
Bu gün "Bakupost" TV-nin efirində aparıcı-jurnalist Şəbnəm Turanın təqdimatı ilə yayımlanan “Yaxın plan” verilişində Azərbaycanda əmlak alqı-satqısı və mənzil əlçatanlığı ilə bağlı mövcud problemlər müzakirə olunub.
Bakupost.az xəbər verir ki, verilişin qonaqları – əmlak eksperti Elnur Fərzəliyev və sosioloq Mətanət Məmmədova tikinti sektorundakı ciddi nöqsanlara və bu amillərin insanların həyatına necə təsir etdiyinə diqqət çəkiblər.
Elnur Fərzəliyev qeyd edib ki, hazırda kvadrat metri 2000–3000 manata satılan yeni tikililərin real tikinti xərci cəmi 400–500 manatdır. Ekspert bildirib ki, 2026-cı il üçün mənzillərin ucuzlaşması və şərtlərin yüngülləşməsi ilə bağlı real perspektiv yoxdur. O, MTK-ların alıcılara qarşı tətbiq etdiyi “dəhşətli maliyyə hiylələri” və sektorun ümumi özbaşınalıqlarını xüsusi vurğulayıb.
Sosioloq Mətanət Məmmədova isə deyib ki, Azərbaycan dünyada ev qiymətlərinin ən fantastik dərəcədə yüksək olduğu ölkələrdən biridir və bu vəziyyət əhalinin sosial rifahına ciddi təsir göstərir.