Ru
12:45 / 04 Fevral 2026

Evdən oğurluq edən şəxslər saxlanıldı

Evdən oğurluq edən şəxslər saxlanıldı
Eye

Yanvarın 24-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində iki naməlum şəxs qapısı açıq qalmış bir evin həyətinə daxil olaraq 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə zərərçəkən polisə müraciət edib.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların bir müddət əvvəl həmin evi kənardan müşahidə etdikləri və gediş-gəlişin olmamasından istifadə edərək məişət əşyalarını talayıb metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar