Ru
00:17 / 02 Dekabr 2020

Eyfel qülləsi turistlər üçün açılır

2198
Koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində payızda bağlanan Parisdəki Eyfel Qülləsi fəaliyyətini 2020-ci il dekabrın ortalarından etibarən davam etdirəcək.

Bu barədə qüllənin istismarından cavabdeh olan şirkətin saytında bildirilir.

Məlumata deyilir ki, 16 dekabrdan etibarən qüllə saat 10:30-dan 18:30-dək ictimaiyyətə açıq olacaq.

Dünyada ən çox ziyarət edilən yerlərdən birini ziyarət edərkən, pandemiyaya qarşı əlavə təhlükəsizlik tədbirləri qüvvədə olacaq - məcburi tibbi maska ​​taxılmalı, ziyarətçilərin sayına məhdudiyyət tətbiq edilməli və gündəlik dezinfeksiya olunmalıdır.

Xatırladaq ki, Fransada məhdudiyyətlərin yumşaldılmasının ikinci mərhələsi çərçivəsində 15 dekabrdan etibarən muzeylər və mədəniyyət müəssisələri işlərinə davam edəcəklər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər