Ru
16:41 / 05 Dekabr 2025

“F-35”lərə yaşıl işıq yandırıldı? – ABŞ-dan ümidverici açıqlama

“F-35”lərə yaşıl işıq yandırıldı? – ABŞ-dan ümidverici açıqlama
Eye

ABŞ-ın Ankaradakı səfiri Tom Barrak Türkiyənin “F-35” döyüş təyyarələrini almağa çox yaxınlaşdığını bildirib. Səfir prosesdəki ən kritik maneənin yaxın 4–6 ay ərzində aradan qalxacağına inandığını vurğulayıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, Tom Barrak Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri ilə bağlı problemin böyük hissəsinin aradan qaldırdığını deyib. O bildirib ki, sistemlərin tətbiq olunmaması Vaşinqtonun narahatlığını qismən azaldır, lakin “S-400”ün Türkiyədə mövcudluğu ABŞ üçün hələ də problem olaraq qalır.

Səfir prosesin sürətləndiyini qeyd edərək, “Bu məsələnin qarşıdakı 4-6 ayda həll olunacağını düşünürəm”, – deyib

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp sentyabr ayında Ağ Evdəki görüşdə “S-400” məsələsini müzakirə etmişdilər. Ankara “S-400”ləri təxminən 10 il əvvəl əldə etmiş, bu isə Türkiyənin “F-35” proqramından çıxarılmasına və türk müdafiə sənayesi şirkətlərinə CAATSA sanksiyalarının tətbiqinə səbəb olmuşdu.

Vaşinqton “S-400”lərin “F-35”in gizlilik qabiliyyətini təhlükəyə atdığını iddia edir. Ankara isə riski aradan qaldıracaq tədbirlərin görüləcəyini, Rusiya sisteminin NATO strukturlarına inteqrasiya olunmayacağını bildirir.

Donald Tramp da sentyabr ayında Türkiyəyə “F-35” satışı ilə bağlı yaşanan problemlər aradan qaldırılarsa, satış qərarına razı ola biləcəyini demişdi.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar