Ru
11:59 / 22 Aprel 2019

Fərid Hüseynin “Səmərqənd divanı” təqdim olundu - FOTOLAR

2167
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Çağdaş Azərbaycan sərbəst şeirinin gənc nümayəndəsi Fərid Hüseynin "Səmərqənd divanı” adlı poetik silsiləsinin təqdimat mərasimi keçirilib. 


BakuPost xəbər verir ki, təqdimat mərasimində Özbəkistanın ədəbiyyat nümayəndələri, gənc şairləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər. 


Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk öncə müəllifin yeni çapdan çıxan "Səmərqənd divanı” adlı poetik silsiləsinin, habelə Mərkəzin layihəsi ilə nəşr olunan kitabların sərgisi keçirilib. 


Təqdimat mərasimini giriş sözü ilə açan Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gənc şair Fərid Hüseynin yaradıcılığı haqqında danışaraq müəllifin yaratdığı əsərlə Şərqin ən böyük memarlıq irsi sayılan Səmərqənd şəhərinin möhtəşəm tarixi, onun keçdiyi inkişaf yoluna işıq saldığını qeyd edib.


Tədbirdə şair F. Hüseyn Azərbaycan-Özbəkistan ədəbi əlaqələrində xüsusi fəallığına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomu ilə təltif olunub. 


Müəllifin əsərlərinin imza mərasimi keçirilib, yeni nəşr olunan kitablar iştirakçılara təqdim olunub.

 

 
Fərid Hüseynin “Səmərqənd divanı” təqdim olundu  - FOTOLAR
Fərid Hüseynin “Səmərqənd divanı” təqdim olundu  - FOTOLAR
Fərid Hüseynin “Səmərqənd divanı” təqdim olundu  - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər