Ru
22:09 / 19 May 2026

Fransa parlamenti hərbi xərclərin artırılmasını təsdiqlədi

Fransa parlamenti hərbi xərclərin artırılmasını təsdiqlədi
Eye

Fransa parlamenti 2024-2030-cu illəri əhatə edən yenilənmiş hərbi planlaşdırma qanununu qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

Qanuna əsasən, ölkənin müdafiə xərcləri 436 milyard avroya çatdırılacaq.

Səsvermənin nəticələrinə görə, 440 deputat sənədin lehinə, 122 deputat isə əleyhinə səs verib.

Qəbul edilən sənəd indi Senata göndəriləcək.

Fransa hökuməti yeni planın ölkənin müdafiə imkanlarının gücləndirilməsinə və NATO qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə xidmət etdiyini vurğulayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar