ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2019-cu ildə İrana casusluqda ittiham olunan ABŞ Hərbi Hava Qüvvələrində kəşfiyyat üzrə mütəxəssis olan Monika Vittin tutulmasına kömək edən şəxsə 200 min dollar verəcək.
Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, FTB 2013-cü ildə İrana sığındığı güman edilən Wittin izini sürməyə davam etdiyini açıqlayıb.
1997-2008-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən Monika Witt 2010-cu ilə qədər xüsusi təhqiqatlar bölməsində müdafiə podratçısı kimi də çalışıb.
2019-cu ildə ABŞ Ədliyyə Departamenti onu İran hökumətinə casusluqda ittiham edib.
İşlədiyi müddətdə çox məxfi məlumatlar əldə edən Witt "milli müdafiə məlumatlarını xarici hökumətlə paylaşmaq" və "sui-qəsd" maddələri ilə ittiham olunub. Hazırda onun İran ərazisində olduğu düşünülür.
Bilal, BakuPost