Ru
20:48 / 18 May 2019

"Fuad Abbasov qandallanmayıb, deport xəbəri isə ..."- Vəkil Elman Paşayev

3645
Jurnalist Fuad Abbasovun Rusiyada saxlandığı və deport
olunması üçün məhkəməyə çıxarıldığı haqda məlumat yayılıb.

 

 
BakuPost.azxəbər verir ki, Musavat.com bu məlumata jurnalistin vəkili Elman Paşayevin münasibətini öyrənib.
"Rusiyanın
hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən
azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

 

 
"Report"un Rusiya bürosu xəbər verir ki,
jurnalist Rusiyadan deportasiya edilir. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması
F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət
edib.
Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və
vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa
qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də
yekunlaşıb.

 

 

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları
məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana
deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir".

 

 

 Rusiyanın
tanınmış hüquqşünası Elman Paşayev musavat.com-a deyib ki, guya Fuad Abbasovun
saxlandığı anı əks etdirən foto jurnalistə məxsus deyil: "Dünən onu
məhkəmədə mən təmsil etdim. Fuad Abbasov məhkəməyə çıxmadı. O, heç bir cinayət
etməyib və cinayət əməlinə görə də mühakimə olunmur. Ona görə də onun qoluna
qandal vurulması qanunla mümkünsüzdür. Foto Fuad Abbasova məxsus deyil.
Xəbərdəki fakt kimi təqdim olunan iddialar da yanlışdır".

 

 

Vəkil deyir ki, Fuad Abbasovla bağlı şikayətlər və
problem var, özü də ciddidir: "Lakin bu şikayətləri azərbaycanlılar
etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu
şikayətlər üzrə də məhkəmə gedir".

 
Vəkil Elman Paşayev
musavat.com müxbirinə deyib ki, yaxın günlərdə Fuad Abbasov canlı yayına
çıxacaq və hər şeyi özü danışacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər