“Gelandevagen” sürücüsü qırmızıda keçdi, etiraz edəni vurdu - VİDEO
456
İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisəyə yol açıb.
Bakupost.az xəbər verir ki, KİA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına "Mersedes Gelandevagen" markalı, 77-UE-011 nömrə nişanlı avtomobil çıxıb.
KİA-nın sürücüsü buna etiraz etdikdə isə qarşı tərəf onu söyüş və təhqirlərlə cavablandırıb. Daha sonra isə avtomobilini geri verərək qəsdən KİA markalı nəqliyyat vasitəsinə çırpıb.
"Qırmızı işıqda sürüb, qarşıma çıxdı. Bir balaca mübahisəmiz oldu. Maşını arxaya verərək, avtomobilimi əzdi. Nəinki mənə, ətrafdakı insanlar da ondan niyə belə etdiyini soruşduqda, avtomobildən düşərək onlara da hücum çəkirdi. Maşından düşdükdən sonra onunla mübahisəm olmadı. Dərhal 102 xidmətini yığıb, polis əməkdaşlarına məlumat verdim. Aqressiv görsənirdi. Sanki özündə deyildi", - sürücü Baku TV-yə müsahibəsində bildirib.