Ru
13:50 / 05 Oktyabr 2017

Gənc şairlərin X İstanbul Şeir Festivalındakı uğurları

3111
Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında (3-7 oktyabr) iştirak edirlər. Qeyd edək ki, festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılıb.

 

  

  Festivalın açılış mərasimində (3 oktyabr, Grand Pera) Şəhriyar del Gerani "Küçə uşaqlarına ithaf” şeirini Türkiyə türkcəsində səsləndirib. Şeir tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


  Gənc şair Fərid Hüseyn festival çərçivəsində (4 oktyabr) Əhməd Həmdi Tampınar Kitabxanasında keçirilən "Şeir akademiyası” panelində "Gənc şairlər şeirə necə başlamalı?” adlı müzakirədə iştirak edib. Türkiyəli məşhur şairlər Turan Koç və Oktay Tafralının moderatorluğu ilə keçirilən paneldə F.Hüseynin çıxışı maraqla qarşılanıb. Çıxışını orta əsr ədəbiyyatı ilə yeni dövr ədəbiyyatının müqayisəsi üzərində quran gənc şair fikirlərini konkret nümunələrlə əsaslandırıb. Fikirləri təqdirlə qarşılanan F.Hüseyn poeziya ilə bağlı digər paneldə də (əvvəlcədən çıxışı nəzərdə tutulmayan panelə) dəvət alıb. Bundan başqa F.Hüseyn oktyabrın 6-da şeir gecəsində iştirak edəcək. Pera Palas-da keçiriləcək tədbirdə Martin Pieker (Polşa), (Ali Thareb (İraq), Cengizhan Konuş (Türkiyə), Mahmoud Al-Taveel (İraq), Duygu Konyaktsın (Türkiyə) və F.Hüseyn şeirlər oxuyacaqlar. F.Hüseynin şeirləri üç dildə (Azərbaycan, Türkiyə türkcəsində, İngilis dilində) həm öz ifasında, həm də qiraətçilər tərəfindən səsləndiriləcək.


  Bundan başqa, gənc şairlər Türkiyənin ən böyük ədəbiyyat auditoriyasına ünvanlanan, yüksək tirajlı "Karabatak” ədəbi jurnalının redaksiyasında və Türkiyədə böyük yayım şəbəkəsi olan, klassik Şərq və Qərb ədəbiyyatı nümunələri, habelə çağdaş Türkiyə ədəbiyyatının seçkin imzalarının əsərlərini yayımlayan və nəşr prinsipiallığı ilə ad qazanmış "Şule” nəşriyyatında da görüşdə iştirak ediblər. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinin bünövrəsi qoyulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər