Gəncə şəhərində Ramazan bayramı ilə əlaqədar səhər saatlarında başlayaraq məscidlərdə bayram namazı qılınıb.
Bakupost.az xəbər verir ki, bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda başlayıb.
Allahdan bağışlanmaq, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.