Ru
13:48 / 16 Dekabr 2025

“Google”da yenilik – Süni intellekt axtarış sisteminə inteqrasiya edilir – FOTO

“Google”da yenilik – Süni intellekt axtarış sisteminə inteqrasiya edilir – FOTO
Eye

“Google” süni intellekti axtarış sisteminə inteqrasiya etmək yolunda yeni bir addım atdı.

Bakupost.az “Tech Times”a istinadən xəbər verir ki, dünyanın ən populyar axtarış səhifəsinin sadə dizaynlı giriş hissəsindəki böyüdücü şüşə düyməsi artıq bəzi ölkələrdə “+” işarəsi ilə əvəz olunub. Hələlik bir çox ölkədə aktivləşdirilməyən dəyişiklik hələ ki, yalnız kompüterlərdə görünür.

Yeni “+” işarəsi istifadəçilərə axtarış sisteminə fayl və ya şəkil yükləməyə imkan verir. Bununla axtarış sistemində “Google”un “Gemini” süni intellekti aktivləşir. Süni intellekt yüklənmiş məzmunu analiz edir və istifadəçinin suallarına cavab verir. Məsələn, istifadəçi bir maket dəsti üçün təlimatları yüklədikdə, hansı hissələri haradan əldə edə biləcəyini soruşa bilir.




“Google” daha əvvəl də axtarış nəticələrində süni intellektlə hazırlanmış xülasələr təqdim etməklə texnologiyanı sistemə inteqrasiya etmişdi. Bu son yenilik süni intellekt sahəsində rəqabətin kəskinləşdiyi dövrə təsadüf edir. “Gemini” 3-ün bəzi testlərdə “ChatGPT”ni geridə qoyması xəbərləri sektorda diqqət çəkmişdi. Ekspertlər “Google”un bu sahədə liderliyə yüksəldiyini vurğulayır.

Şirkətdən hələ bu yeniliklə bağlı rəsmi açıqlama verilməyib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar