Ru
15:49 / 19 Noyabr 2019

Göyçayda heyvanlar arasında dəhşətli xəstəlik yayıldı - FOTOLAR

2123
Göyçayda itlər və inəklər arasında xəstəlik yayılıb.

BakuPost-un qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Yekəxana kəndində baş verib. Belə ki, kənd sakinlərinin sözlərinə görə, xəstəliyə yoluxan itlər bir gün sonra tələf olur. Eyni problem inəklər arasında da ölümlə nəticələnir. Fermerlər deyir ki, xəstə inəklərə tibbi yardım göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur. Sakinlər deyir ki, hər il Yekəxana kəndində vətəndaşlar arasında da bir neçə nəfər bruselyoz xəstəliyinə yoluxur. Bu il yaz ayında bir nəfər quduz it dişləmə səbəbindən ölüb.


Analoji hal rayonun Bığır kəndində də mövcuddur. Vətəndaşlara məxsus fərdi təssərüfatda iri buynuzlu inəklər arasında olan xəstəlik sakinləri çətin duruma salıb.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib və qurum tərəfindən kəndlərə əməkdaşlar göndərilib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər