Ru
14:01 / 14 Sentyabr 2020

Gülbahar Şükürlünün vəziyyəti pisləşir: "Əməliyyat üçün vəsait axtarırıq"

7405
Məşhur qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti iki gün əvvəl pisləşib.

Ailə yaxınlarının "BakuPost"a verdikləri məlumata görə, hazırda sənətçinin səhhəti yaxşı deyil:


“Gülbahar xanımın əvvəlcə də onkoloji xəstəliyi var idi. Amma bunu heç kimə demirdi. Bütün müalicə xərclərini özü qarşılayırdı. Amma pandemiyadan sonra maddi problemləri yarandı. Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı. Keçən həftə Maqnit Rezonas Tomoqrafiyadan keçdi. Onda bildik ki, başında da şiş yaranıb. Həkimlər dedilər ki, təcili yenidən “check-up” olunmalı və əməliyyata getməlidir. Gülbahar xanım əməliyyatdan qorxdur deyə, istəmir. Açığı buna maddi vəziyyəti də imkan vermir. İndi həm vəsait axtarır, həm də onu əməliyyata razı salmağa çalışırıq. Danışır, yemək yeyir, amma davamlı başı hərlənir. Ona görə yataqda olur. Bəzən adları unudur. Təzyiqi çox yüksək olur, baş ağrıları var. Nitqi normaldır. Bu əməliyyatı yaxşı həkim olsa, Azərbaycanda etmək mümkündür".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər