Ru
10:29 / 08 Yanvar 2026

Güney Azərbaycan etirazları dəstəkləyir – Şura bəyanat yaydı

Güney Azərbaycan etirazları dəstəkləyir – Şura bəyanat yaydı
Eye

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası İrandakı etiraz aksiyalarını dəstəkləyən bəyanat yayıb.

Bakupost.az həmin bəyanatı olduğu kimi təqdim edir:

"İqtisadi böhran, bahalaşma və ticarət durğunluğu milyonlarla vətəndaşın həyatını çətinləşdirir. Bazar əhli vətəndaşların ilk təsir altında qalan təbəqəsidir.

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası dinc və mülki etiraz haqqının insan haqqı olduğunu vurğulayır və bütün vətəndaşları qanuni tətil və etirazlarda fəal iştirak etməyə çağırır.

Tarix və saat: 10 Yanvar 2026, Şənbə, 16:30
Məkan: Təbriz, Urmu, Ərdəbil, Zəngan, Həmədan, Kərəc və digər şəhərlərin əsas meydanları

Vətəndaşlar milli simvollar və şüarlardan istifadə edərək sülhsevər və məsuliyyətli şəkildə etirazlarını ucaldın.

Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bir daha bildirir ki, xalqın dinc və mülki etirazları qanuni haqqdır və müdafiə olunmalıdır".

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar