Ru
21:22 / 22 Sentyabr 2021

Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət etdi

1580
Azərbaycanda səfərdə olan gürcü jurnalist, bloger və ekspertlər Şuşa şəhərini ziyarət edib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar. Onlar işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.

Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən gürcüstanlı qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.

Səfər çərçivəsində Xanqızı Xurşidbanu Natəvan, Üzeyir Hacibəyli və Bülbülün büstləri, Bülbülün bərpa edilmiş ev-muzeyi, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi də ziyarət olunub. Nümayəndə heyəti Cıdır düzünə də baş çəkib.

Gürcüstanın ictimaiyyət nümayəndələrinin Azərbaycana səfəri davam edir.

Qeyd edək ki, gürcüstanlı qonaqlar bundan öncə işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında da olublar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər