Xalq artisti Hacı Murad Yagizarov İkinci Fəxri xiyabanda dəfn olunub.
Bakupost.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
***
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilib.
Bakupost.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Vida mərasimindən sonra Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
***
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.
Bakupost.az xəbər verir ki, xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
***
Xalq artisti Hacı Murad Yegizarovun nəşi Azərbaycana gətirilib.
Bakupost.az xəbər verir ki, cənazəni gətirən təyyarə Bakıya eniş edib.
Mərhumla bu gün Təzəpir Məscidində vida mərasimi keçiriləcək.
Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Hacı Murad Yegizarov sentyabrın 13-də uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib.