Ru
19:33 / 16 May 2026

"Hantavirus"la bağlı 4 il əvvəl edilən paylaşım viral oldu - FOTO

"Hantavirus"la bağlı 4 il əvvəl edilən paylaşım viral oldu - FOTO
Eye

"X" (keçmiş “Twitter”) sosial şəbəkəsində "iamasoothsayer" adlı istifadəçinin 2022-ci ildə etdiyi və "hantavirus" infeksiyasının 2026-cı ildə baş qaldıracağını rəsmən öncədən xəbər verən paylaşımı “virus” kimi yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

"iamasoothsayer" adlı istifadəçinin ismarışı olduqca qısadır. Belə ki, paylaşımda 2023-cü ildə koronavirus pandemiyasının başa çatdığı, 2026-cı ildə isə "hantavirus"la bağlı nəsə baş verəcəyi yazılıb.

Xəbərin dərc olunduğu ana qədər həmin post 400 mindən çox bəyənmə və 151 min təkrar paylaşım (repost) toplayıb. Paylaşımın populyarlığı artıq 3 nəfərin həyatına son qoymuş kruiz gəmisindəki "hantavirus" alovlanması fonunda kəskin artıb.


Hazırda müxtəlif ölkələrin sanitariya xidmətləri, xəstəliyin yayılması rəsmən təsdiqlənməmişdən əvvəl layneri tərk edən sərnişinləri təqib edirlər. Rəsmi qurumların məlumatına görə, sərnişinlər 12 fərqli ölkədən gəliblər. Göyərtədə ilk yoluxma halı mayın 2-də təsdiqlənib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar