Ru
14:29 / 26 Mart 2026

Həcc ziyarətinə sənəd qəbulu bu tarixədək UZADILDI

Həcc ziyarətinə sənəd qəbulu bu tarixədək   UZADILDI
Eye

Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - deyə Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, həcc ziyarətinə son qeydiyyat tarixi ramazan ayının sonunadək müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar