Ru
13:30 / 26 Mart 2026

İran ABŞ bazalarına HÜCUM ETDİ

İran ABŞ bazalarına HÜCUM ETDİ
Eye

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-ın regiondakı bazalarına hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən "Tasnim" məlumat yayıb.

Zərbələr ABŞ-ın Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.

Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.

SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.(Axar.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar