Ru
09:04 / 10 Yanvar 2026

Həkimin idarə etdiyi maşın kanala düşdü: 1 nəfər öldü - FOTO

Həkimin idarə etdiyi maşın kanala düşdü: 1 nəfər öldü - FOTO
Eye

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Unikal”a istinadla xəbər verir ki, uzun illər Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışmış həkim Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobil güclü duman səbəbindən idarəetmədən çıxaraq kanala düşüb.

Hadisə rayonun Qırmızıkənd kəndində, mərhumun yaşadığı evin yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 73 yaşlı Yaşar Kərimov hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Y. Kərimov Biləsuvar rayonunda yerləşən özəl “Yovşan” klinikasında çalışırmış.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar