Ru
12:00 / 02 Oktyabr 2025

“Həmin pulla nə ev alacağam?” - Sakinlər NARAZILIQ EDİR- VİDEO

“Həmin pulla nə ev alacağam?” -  Sakinlər NARAZILIQ EDİR- VİDEO
Eye

Məlum olduğu kimi, Dərnəgül tikinti bazarının arxa hissəsindəki evlər sökülür.

Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şahmar Ələkbərov küçəsindəki evlərin bir çoxunun üzərində müəyyən işarələr var. Həmin işarələr isə rayon icra hakimiyyəti tərəfindən sahəsi ölçülən evlərə çəkilib.

Sakinlər bildirir ki, hətta icra hakimiyyətinin nümayəndələri tərəfindən evlərin ölçülməsi işinə başlanılıb: “Evi içdən içə ölçüb getdilər. Hələ köçürülmə haqqında heç nə deməyiblər”.

Sakinlər evlərin daxildən ölçülməsi ilə razı deyillər. Çünki həcmləri kiçikdir, buna görə də sadəcə daxilin ölçülməsini düzgün hesab etmirlər: “1970-ci ildən burada yaşayıram. Bir dəfə gəlib ölçdülər. Amma pul barəsində bir söz demədilər. Mənim həyətimi də ölçsünlər. Təkcə evin içini ölçməklə nə pul verəcəklər? Mən həmin pulla nə ev alacağam? Çöldən çölə ölçüb, torpağımın pulunu verməlidirlər”.

Qeyd edək ki, ərazidəki evlərin əksəriyyəti sənədsizdir. Mənzillərin sahəsi ölçülsə də, sakinlərə veriləcək pulla bağlı heç bir məlumat verilməyib.

Daha ətraflı videomaterialda:

Şərhlər
  • B.Kolxozdar

    Bakı və Abşeron keçilməz hərəkət və Xəzərə doğru kanalizasiya tıxacına çevrilməkdədir. Uzaq-ucqar rayonlarda iri-dünyəvi bazarlı, yüksək əmək ödənişli müəssisələr 1992ci ildən elə Abşeronda yox edilələrin üç qatı sayda qurulmalıdır ki, əhali könüllü olaraq ölkəsinin hər rahat guşəsini seçib sevsin?! Bakıda evi dövlət qərarı ilə sökülən hər müllk sahibinə tam bərabər-dəyər ölçüsündə seçdiyi ünvan, rayon şəhərdə birbaşşa mülk-mənzillər təklif edilsin! Belə təklif mümkün deyilsə, qəzasız mülk-əmlaklar niyə sökülsün?

  • Saadet

    Ən optimal variant sakinlərə pul əvəzinə o ərazidə tikilən binada uyğun ev verilsin. Kiminə 1 otaq, kiminə 2 və ya 3 otaq. İmtina edən sakinə isə pul ödəsinlər. belə yanaşma insaflı olar

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar