Həmrəylik günü necə yarandı? - Xalq şairindən unudulmaz təbrik
149
Xalq şairi Sabir Rüstəmxanlının "Bakupost TV"-də müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin növbəti buraxılışını başa çatmaq üzrə olan 2025-ci ilə həsr edilib.
Veriliş əsnasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün necə yaranmasından, həmin ərəfədəki tarixi hadisələrdən, bu Günün əhəmiyyətindən bəhs edilib.
Xalq şairi 2025-ci ildə baş verənlərdən danışarkən Güney Azərbaycandan olan 190 yazarın Azərbaycan Yazıçılar Birliyinə ünvanladıqları məktubdan, yazıçı Sayman Aruzun onlara rəhbərlik etmələrini istəməmələrindən, bütün bunlardan sonra Azərbaycana və azərbaycanlılara qarşı nifrət saçan “Səhər” televiziyasının tutduğu düşməncə mövqedən, bu proseslərlə bağlı yayımladığı etik qaydalardan uzaq proqramdan söz açıb.
Sabir Rüstəmxanlı sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edib, 2026-cı ilin Azərbaycan adına böyük uğurlar gətirməsini diləyib.