“Yeri gələndə sosial mediadan elə informasiyalar götürürəm ki, onların hamısının emala ehtiyacı var. Hər bir kəs iynə vurmağı bacara bilər, amma bu o demək deyil ki, hamı gedib istənilən klinikada işləyə bilər. Bunun üçün müəyyən qurumlar var, onların icazəsini almaq lazımdır”.
Bakupost xəbər verir ki, bu fikirləri "Real TV"nin baş direktoru Mirşahin Ağayev "Media Masası" verilişində səsləndirib.
“Mən hər yoldan keçənin jurnalistika ilə məşğul olmasının tərəfdarı deyiləm. Xəbəri peşəkar xəbərçidən almaq lazımdır. Azərbaycan dövlətinin informasiya dayaqları ənənəvi mediaya - televizora, radioya söykənir. Hər bir kəs bilməlidir ki, onu evinə bağlayan əsas informasiya daşıyıcısı televizor və radiodur. Digər vasitələr insanı evindən çıxardır, insanı evindən küçəyə aparır. Bu mənada televizor unitarıdır. Televizor insanları bir yerə yığır. Onsuz özümü və Azərbaycanın gələcəyini təsəvvür etmirəm”,- deyə o bildirib.
Yasəmən,
BakuPost