Ru
23:21 / 15 Avqust 2025

Hərbi baza Putin-Tramp üçün hazırlıqlı vəziyyətə gətirildi

Hərbi baza Putin-Tramp üçün hazırlıqlı vəziyyətə gətirildi
Eye

Alyaskanın Ankoric şəhərində Elmendorf-Riçardson hərbi bazası ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putini qarşılamaq üçün hazırlıqlı vəziyyətə gətirilib.

Bakupost.az xəbər verir ki, eniş zolağına “Alyaska 2025” tablosu və qırmızı xalı yerləşdirilib. Xalçanın hər iki tərəfində qırıcı təyyarələr düzülüb.

Həmçinin bazanın içərisində hər iki liderin birgə mətbuat konfransı üçün səhnə quraşdırılıb. Səhnənin arxa mavi fonunda "Sülhün doğru" sözləri yazılıb.

Səhnənin iki tərəfində ABŞ və Rusiya bayrağı yerləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar