Ru
21:36 / 13 May 2026

Həyat yoldaşı Makronu buna görə şillələyib - FOTO

Həyat yoldaşı Makronu buna görə şillələyib - FOTO
Eye

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnama səfər zamanı baş verən və geniş müzakirələrə səbəb olan “şillə” hadisəsi ilə bağlı yeni iddialar üzə çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, fransalı jurnalist Florian Tardifin “Demək olar ki ideal cütlük” adlı yeni kitabında hadisənin arxa planı ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.

Tardifin sözlərinə görə, Bricit həyat yoldaşının telefonunda iranlı aktrisadan gələn mesajı gördükdən sonra gərginlik yaşanıb.

Jurnalist iddia edib ki, Makronla həmin aktrisa arasında bir neçə ay davam edən “platonik münasibət” olub və Makron ona “sizi çox gözəl hesab edirəm” kimi mesajlar göndərib.

Florian Tardif açıqlamasında bu məlumatları prezidentə yaxın mənbələrdən eşitdiyini bildirərək kitabında yer alan bütün iddiaların faktlara əsaslandığını vurğulayıb.

Xatırladaq ki, hadisə ilk dəfə gündəmə gələndə Emmanuel Makron yayılan görüntülərin böyüdülməməli olduğunu və xanımı ilə zarafatlaşdığını demişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar