Hindistanın Heydərabad şəhərinə gedən avtobus ilə daşla dolu yük maşınının toqquşması nəticəsində 20 nəfər həyatını itirib, 40-dan çox şəxs yaralanıb.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, rəsmilərin açıqlamasına görə, avtobusda 70 sərnişin olub. Ölənlər arasında avtobusun sürücüsü də var.
Hindistan Baş naziri Narendra Modi hadisə ilə bağlı həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Yaralılar yaxın xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri barədə araşdırmalar davam edir.
Cavid, BakuPost