Ru
19:41 / 24 Mart 2026

Hörmüz boğazı bu ölkələr üçün açıqdır

 Hörmüz boğazı bu ölkələr üçün açıqdır
Eye

Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.

O bildirib ki, Hörmüz boğazı hamı üçün açıqdır və gəmilər təhlükəsiz şəkildə keçə bilər, lakin İranla müharibə vəziyyətində olan ölkələr bu məsələdə nəzərə alınmır.

Van İ isə bütün tərəfləri sülh üçün hər bir imkandan və fürsətdən istifadə etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.

O əlavə edib ki, gərginliyə səbəb olan məsələlər güc tətbiqi ilə yox, dialoq və danışıqlar yolu ilə həll olunmalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar