Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Şahbaz Şərif X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, tərəflərin razılığı olduğu təqdirdə Pakistan mənalı və yekun nəticəyə yönəlmiş danışıqlara ev sahibliyi etməkdən məmnun olacaq:
“Pakistan Yaxın Şərqdə münaqişənin dayandırılması üçün aparılan dialoq təşəbbüslərini dəstəkləyir”.