Ru
19:06 / 31 İyul 2026

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər
Eye

Prokuror pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı qiyabi iş üzrə bloger Hüseyn Həsənovun 6 il azadlıqdan məhrum edilməsini istəyir.


"Bakupost" Report-a istinadən xəbər verir ki, bu barədə H.Həsənovun vəkili Mixail Yusupov məlumat verib.

İttiham tərəfinin versiyasına görə, Həsənov 170 milyon rubldan (2,1 milyon dollar) çox məbləğdə vergidən yayınıb, bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlayaraq pul vəsaitlərinin bir hissəsini leqallaşdırıb.

Bloger bu iş üzrə özünü təqsirli bilmir. Daha əvvəl o, sosial şəbəkələrdə vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillər komandasının təmsil etdiyini bildirmişdi.

2025-ci ilin yazında Həsənov qiyabi həbs olunaraq axtarışa verilib. İstintaqın məlumatına görə, o, həmin ilin fevralında Rusiya ərazisini tərk edib. KİV-in məlumatına görə, bloger Azərbaycanda və ya BƏƏ-də ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar