Ru
00:49 / 26 Fevral 2021

İçərişəhərdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

5050

Bakının Səbail rayonunda yanğın baş verib.


"BakuPost" xəbər verir ki, mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb. Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib.


Alov söndürülüb və soyutma işləri aparılır.


Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.


***


İçərişəhərdə ikimərtəbəli binada yanğın baş verib.


"BakuPost" xəbər verir ki, yanğın Kiçin Qala küçəsi, 82 ünvanında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib


Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər