Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev vəzifəsindən azad edilib.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə icra başçısı Vüqar Novruzov Əmr imzalayıb.
A.Qocayev “Asan xidmət” mərkəzində işlə təmin edilib.
Qeyd edək ki, Arzu Qocayev icra başçısının müavini kimi 3 il fəaliyyət göstərib. O, daha öncə də “Asan xidmət”də çalışıb.