Ru
20:59 / 23 May 2019

İlham Əliyev iftar mərasimində iştirak edib - FOTO

1459
Mayın
23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə
müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.   BakuPost.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar
mərasimində iştirak edib.   İftar
mərasimi "Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.   Şeyxülislam
Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim”in nazil olduğu, on bir
ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti
qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını
bildirdi.   Mərasimdə
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu
Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev,
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış etdilər.   Dövlətimizin
başçısı mərasimdə nitq söylədi.  
Sonra
iftar süfrəsi açıldı.

 

İlham Əliyev iftar mərasimində iştirak edib -  FOTO
İlham Əliyev iftar mərasimində iştirak edib -  FOTO
İlham Əliyev iftar mərasimində iştirak edib -  FOTO
İlham Əliyev iftar mərasimində iştirak edib -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər