Ru
11:03 / 03 Oktyabr 2025

İlon Mask baş naziri “başı boş aktyor” adlandırdı

İlon Mask baş naziri “başı boş aktyor” adlandırdı
Eye

Amerikalı milyarder İlon Mask Böyük Britaniyanın baş naziri Keir Starmeri kəskin tənqid edib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Mask "X" sosial şəbəkəsində paylaşımında Starmeri “başı boş aktyor” adlandırarıb.

“Starmer başı boş aktyordur. Başqaları onu deyəcək sözlərlə qidalandırır”

Xatırladaq ki, sentyabrın 13-də Mask Londonda miqrantlara qarşı keçirilən etiraz aksiyalarına dəstək verib. O, videobağlantı ilə çıxış edərək Britaniya hökumətini sərt tənqid edib və hətta “parlamentin buraxılmasını” tələb edib.

Milyarder həmçinin BBC-ni Böyük Britaniyanın “məhv edilməsində şərik olmaqda” ittiham edib və britaniyalıların söz azadlığı hüquqlarından istifadə etməkdən çəkinməsinə diqqət çəkib.

Qeyd edək ki, keçən həftə İpsos şirkətinin keçirdiyi sorğuya görə, Keir Starmerin reytinqi Böyük Britaniya tarixində baş nazirlər arasında ən aşağı səviyyəyə enib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar