Çılpaq və Yalnız...

743
 
 
Qanun Nəşrlər Evində 2 yeni kitab işıq üzü görüb.
 
BakuPost bu kitabların siyahısını təqdim edir:

Ölkənin N1 detektiv ustasından yepyeni bir hekayə! Okkamanın İnkarı – Çingiz Abdullayev

okkaman copy.JPG

Nəhəng korporasiyanın rəhbərinin oğlu Yeqor Boqdanovski mədəxorasının kəskinləşməsi üzündən vəfat edir – hər halda həkimlər beləiddia edirlər. Sırasında məşhur siyasətçilər, nüfuzlu biznesmenlər, aktyorlar olan yaxınlar buna inanmırlar və ekspert analitik Dronqoya təhqiqat aparması üçün müraciət edirlər. Dronqo öz işinin bilicisi olsa da, hətta o da hökmranlığa vərdiş etmiş, özlərinə hər şeyi rəva görən şəxslər arasında işləməyə çətinlik çəkir.

Tərcüməçi: Ramil Rahiboğlu

Son səhifəsinə qədər əlinizdən qoymayacağınız bir roman!

Çılpaq və Yalnız - Hamdi Koç
 
Hamdi Koc Qapaq CTP copy.JPG

Hamdi Koçun "Çılpaq və yalnız” romanı mövzusuna, yazı tərzinə, üslubuna, oxunaqlığına görə müasir türk romançılığında hadisədir. İlk sətrindən son sətrinə qədər oxucunu daima gərginlik, həyəcan, maraq içində saxlayır. Hadisələr gözlənilmədən başlayır və bu gözlənilməzlik hər sətirdə oxucunu müşayiət eləyir.
Gecədən xeyli keçmiş əsərin qəhrəmanına zəng gəlir. Ona əmisinin öldüyünü xəbər verirlər. O isə təkcə bir vaxtlar özünün doğulduğu, indisə əmisinin öldüyü yerləri yox, heç belə bir əmisi olduğunu da xatırlamır. Təkidli zənglər yaddaşını təzələyir. Beləcə adi və kasıb olan birisi böyük bir sərvətin sahibi olmaqla yanaşı böyük hadisələrin burulğanına düşür. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər