Ru
14:18 / 13 Mart 2026

İlqar Hacıyevin Bakıdakı milyonluq əmlakları müsadirə edildi - SİYAHI

İlqar Hacıyevin Bakıdakı milyonluq əmlakları müsadirə edildi  - SİYAHI
Eye

"Akkord İnşaat Sənaye" ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla manat qiyməti olan əmlakları müsadirə olunub.

Bakupost.az Qafqazinfo-ya istinadən dövlət nəfinə keçirilən həmin əmlakların siyahısını təqdim edir:

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;

- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;

- Badamdar qəsəbəsində torpaq sahəsi;

- Yasamal rayonu, Mətbuat prospektində mənzil;

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.

İlqar Hacıyevin daha əvvəl iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776.7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda digər torpaq sahəsidir.

Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona qiyabi hökm oxunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar