Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan öldürülüb.
Bakupost.az xəbər verir ki, Teleqraf-ın məlumatına görə, bu barədə “Afganistan Times” qəzeti Pakistan mənbələrinə istinadla məlumat yayıb.
Sabiq baş nazirin meyitinin gizli yolla həbsxanadan çıxarıldığı iddia olunur. KİV bundan sonra İmran Xanın sədri olduğu Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) silahlı üzvlərinin onun saxlanıldığı Adiala həbsxanasına hücuma cəhd etdiyini bildirir.
Pakistan hökumətinin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi deyilir.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan baş naziri olub. 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə 14 il həbs cəzası alıb.