Ru
14:38 / 26 Aprel 2019

Çin qəzeti Ceyhun Bayramovun bu ölkəyə səfərindən yazıb

2233

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasında səfərdədir.


Bakupost.az xəbər verir ki, Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik "China Daily” qəzetində Ceyhun Bayramovun səfər çərçivəsində "Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ilə əlaqədar məlumat yayımlanıb.


Məlumatda Təhsil naziri Ceyhun Bayramovun ötən gün "Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış etdiyi vurğulanıb.


Bildirilib ki, forum çıxışçıları tərəfindən təhsil mövzusu geniş müzakirə edilib. Azərbaycan Təhsil naziri Ceyhun Bayramov da öz çıxışında daha çox gənc mütəxəssislərin hazırlanması üçün Çin və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini təklif edib.


Xatırladaq ki, səfər zamanı Təhsil naziri Ceyhun Bayramov Çinli həmkarı Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər