Silahlı Qüvvələrimiz ABŞ-nin İranın enerji infrastrukturuna hücumuna sarsıdıcı cavab verəcək.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçı fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana aprelin 7-dək vaxt verib. Amerika lideri bu müddətdə boğazın açılmayacağı təqdirdə İranın mühüm enerji obyektləri və körpülərinin vurulacağını bəyan edib.