“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” hospitalına qarşı məhkəmə çəkişməsinə hazırlaşdığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Vəkilim hörmətli Zibeydə Zəkəriyyəyevadır.
Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.
İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq”, – deyə Nigar Köçərli qeyd edib.
Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından
şikayət etmişdi.
Lalə, BakuPost