Ru
21:54 / 25 Mart 2026

İran daha bir boğazı bağlamaqla hədələyir

İran daha bir boğazı bağlamaqla hədələyir
Eye

İran öz ərazilərinə, o cümlədən adalarına yerüstü müdaxilə baş verəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi hərbi mənbəyə istinadən məlumat verir.

"Bab-əl-Məndəb boğazı dünyanın strateji baxımdan ən mühüm boğazlarından biri hesab olunur və İranın orada tamamilə real təhlükə yaratmaq üçün həm iradəsi, həm də imkanı var. Buna görə də, əgər amerikalılar axmaq addımlarla Hörmüz boğazı probleminə həll yolu tapmaq istəyirlərsə, ehtiyatlı olmalıdırlar ki, öz problemlərinə və çətin vəziyyətlərinə daha bir boğaz əlavə etməsinlər", - deyə mənbə bildirib.

Qeyd edək ki, Bab-əl-Məndəb boğazı Yəmən ilə Eritreya arasında yerləşir və Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Dünya dəniz ticarətinin 10-12%-i və dünya konteyner daşımalarının təxminən 30%-i bu yolla həyata keçirilir, hər il bu boğazdan təxminən 20 000 gəmi keçir. Boğaz Yəmənin ərazi sularının bir hissəsidir.

Fars körfəzi ilə Ərəbistan dənizini birləşdirən Hörmüz boğazı fevral ayının sonlarında ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcında İran tərəfindən bağlanmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar