Ru
20:42 / 25 Mart 2026

Qardaşların sonunu gətirən faciəli hadisə - TƏFƏRRÜAT/VİDEO

Qardaşların sonunu gətirən faciəli hadisə -  TƏFƏRRÜAT/VİDEO
Eye

Ağır yol-nəqliyyat hadisəsi ailə faciəsinə səbəb olub. Hadisə nəticəsində iki qardaş həyatını itirib, qardaşlardan birinin oğlu və gəlini isə xəsarət alıblar.

Bakupost.az xəbər verir ki, kənd sakini Baku TV-yə müsahibəsində sözlərinə görə, qəzanın gecə saat üç radələrində baş verdiyini bildirib.


"Nəsrəddin Ağayev ağır xəstə idi, şəkər xəstəliyindən əziyyət çəkirdi və komaya yaxın vəziyyətdə olub. Onu xəstəxanaya çatdırmaq istəyərkən Tərtər rayonunun Qaradağlı kəndi yaxınlığındakı döngədə idarəetməni itiriblər. Nəsrəddin Ağayev yaxşı usta, sənətkar idi. Xəsarət alanlar onun oğlu Sənan Ağayev və gəlini Könül Aslanovadır. Hazırda onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birində müalicə alırlar. Bu, kəndimiz üçün böyük faciədir".

Qeyd edək ki, qəza nəticəsində Goranboy rayonunun Əlirzalı kənd sakinləri - 68 yaşlı Nəsrəddin Ağayev və 55 yaşlı Yunus Ağayev həyatını itiriblər.

Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar