Ru
10:27 / 25 Mart 2026

Tərtərdə faciəli qəza – İki qardaş həlak oldu

Tərtərdə faciəli qəza – İki qardaş həlak oldu
Eye

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev hadisə yerində həyatlarını itiriblər. Bildirilir ki, dünyasını dəyişən şəxslər qardaş olublar.

Qəza zamanı 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar