Ru
14:06 / 20 May 2026

İran “Dəmir yumruğ”u oğurladı - VİDEO

İran “Dəmir yumruğ”u oğurladı  - VİDEO
Eye

İran Azərbaycanın qələbə simvoluna çevrilən “Dəmir yumruğ”un bənzərini hazırlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, “Şəhid inqilab liderinin sıxılmış yumruğu” heykəlinin maketi artıq hazırdır.

Qeyd olunub ki, heykəlin hündürlüyü 15 metr olacaq və onun Qurban bayramına qədər Tehranın İnqilab meydanında quraşdırılması və açılışının keçirilməsi planlaşdırılır.

Həmçinin vurğulanıb ki, əsərin müəllifi olan Əmir Asari əvvəllər inqilabi mövzulu başqa əsərlər yaradıb.

Qeyd edək ki, “Dəmir yumruq” ifadəsi Prezident İlham Əliyevə məxsusdur və 27 sentyabr 2020-ci ildə başlayan əks-hücum əməliyyatı da “Dəmir yumruq” adlanır. Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi ilə nəticələnən “Dəmir yumruq” əməliyyatı 44 gün davam edib.

“Dəmir yumruq” həm də İlham Əliyevin iradəsinin simvoludur və Azərbaycanda bir neçə məkanda abidələşdirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar