Ru
19:43 / 13 May 2026

İran Hörmüz boğazı üzərində tam strateji nəzarəti elan etdi

İran Hörmüz boğazı üzərində tam strateji nəzarəti elan etdi
Eye

İran ordusu Hörmüz boğazının silahlı qüvvələrinin strateji nəzarəti altında olduğunu və Amerika silahlarının regional hərbi bazalara daşınmasına icazə verməyəcəyini bəyan edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın briqada generalı Məhəmməd Əkrəmian bildirib.

"Bundan sonra Amerika silahlarının Hörmüz boğazından keçməsinə və bölgədəki bazalara çatmasına icazə verməyəcəyik. Su yolundan istifadə etmək istəyən hər hansı bir ölkə bunu İran silahlı qüvvələrinin nəzarəti altında etməlidir. Boğazın qərb hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin, şərq hissəsi isə İran Ordusu Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Boğaza nəzarət etməklə ölkə neft satışından əldə etdiyi gəliri iki dəfə üstələyəcək" - deyə, general qeyd edib.

M.Əkrəmian qeyd edib ki, düşmənin son müharibədəki bütün məqsədləri, o cümlədən raket və nüvə imkanlarının məhv edilməsi, ölkənin bölünməsi və sistemin devrilməsi planı uğursuzluğa düçar olub. O əlavə edib ki, İranın hərbi doktrinası artıq hücum xarakteri daşıyır.

"Şahı devirən birinci inqilabdan və Amerikanı İrandan qovan ikinci inqilabdan sonra bu gün biz Amerikanı bütün regiondan qovacağıq. Onun buradakı varlığı əbədi olaraq aradan qaldırılacaq" - general bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar