Ru
16:07 / 22 Avqust 2026

İran qonşu ölkələrdən yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı mesajlar aldı

İran qonşu ölkələrdən yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı mesajlar aldı
Eye

İran rəhbərliyi Fars körfəzi regionunda yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı qonşu dövlətlərdən mesajlar alıb.


"Bakupost" xəbər verir ki, bu barədə İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

“Regionda yeni təhlükəsizlik tədbirlərinin hazırlanması ilə bağlı qonşu ölkələrdən mesajlar almışıq”, - İslam Respublikasının parlament sədri deyib.

Qalibaf əlavə edib ki, onun fikrincə, regionda yalnız müstəqil təhlükəsizlik sistemi sülhü təmin edə bilər. O, Tehranın bu cür mesajları hansı qonşu dövlətlərdən aldığını açıqlamayıb.

Qeyd edək ki, İran daha əvvəl dəfələrlə Fars körfəzi regionunda kənar qüvvələrin iştirakı olmadan, region dövlətlərinin əməkdaşlığı əsasında yeni təhlükəsizlik strukturunun yaradılmasını təklif edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar