Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi dövlətinə verdiyi dəstəyə görə “ikinci İsrail” hesab edilə bilər.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamenti sədrinin sözçüsü Əlirza Səlimi deyib.
“Əslində, Birləşmiş Ərəb Əmirlikləri “ikinci İsrail” hesab edilə bilər. Çünki Əbu-Dabi İsrailin iqtisadi qanadı kimi qəbul edilir”, - o bildirib.
Səlim qonşu ölkəni ABŞ və İsrailin tərəfində oynamaqda ittiham edib.