Ru
21:39 / 22 Avqust 2026

İran rəsmisi: ABŞ təzyiqlərini gücləndirəcək

İran rəsmisi: ABŞ təzyiqlərini gücləndirəcək
Eye

ABŞ-nin iqtisadi təzyiqəri və İrana qarşı əlavə sanksiyalar Vaşinqtonun istədiyi nəticəni verməyəcək.

"Bakupost" xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib.

R.Aref "X"də yazıb: "ABŞ ölkəmizə qarşı iqtisadi təzyiqləri gücləndirəcək. İranın inkişaf təcrübəsi təsdiqləyib ki, iqtisadi təzyiq İran xalqının iradəsini dəyişdirə bilməz və əks nəticəyə gətirib çıxaracaq".

Birinci vitse-prezident əlavə edib ki, hökumət ABŞ-nin iqtisadi terrorizminin İran vətəndaşlarının dolanışıqlarına zərər verməsinin qarşısını alacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar